Ermənistanın sabiq müdafiə naziri Tonoyan həbs edildi

 Ermənistanın sabiq müdafiə naziri Tonoyan həbs edildi
  30 Sentyabr 2021    Oxunub:1128
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbs edilib. Kentron və Nork-Maraş rayonlarının ümumi yurisdiksiyasında baxılan işdə Tonoyanın iki aylıq həbsinə qərar verilib.
Azvision.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Tonoyanın vəkili Sergey Ovannisyan məlumat verib. O, Tonoyan özünü təqsirli bilmədiyini və qərardan Apellyasiya Məhkəməsinə şikayət veriləcəyini açıqlayıb.

"Məhkəmənin qərarı ilə hələ tam tanış olmamışam, lakin müstəntiq həbs ərizəsi əsasında iki bənd təqdim edib: birincisi - ümumiyyətlə istintaqa mane olmaq ehtimalı, ikincisi - Tonoyanın gizlənə bilməsi".

Qeyd edək ki, dünən axşam saatlarında Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş müdafiə naziri David Tonoyanın evində axtarışlar aparıblar. "Hraparak"ın yaydığı məlumata görə Tonoyan hələlik açıqlanmayan hərbi məsələlərdə ittiham olunur. Bu proseslərlə paralel olaraq keçmiş hərbi aviasiya rəisi Avetik Muradyan və Baş qərargah rəisinin müavini Stepan Qalstyanın da mənzillərində axtarışlar aparılıb.

Xatırladaq ki, bir neçə gün öncə MTX Silahlı Qüvvələrin aviasiya idarəsinin keçmiş rəisinə qarşı cinayət işi açıb. Yüksək rütbəli ordu məmuru yararsız vəziyyətə düşmüş, istifadə müddəti başa çatmış raketləri tədarük etməkdə ittiham olunub.

Aytən Zəhra
Azvision.az



Teqlər: Tonoyan   Ermənistan   Həbs  





Xəbər lenti