Qarabağda turizmin inkişafı üçün bir sıra layihələr hazırlanır

   Qarabağda turizmin inkişafı üçün bir sıra layihələr hazırlanır
  30 Sentyabr 2021    Oxunub:1188
Qarabağ gözəl məkan olsa da, orada hər hansı bir turizm layihəsini həyata keçirmək üçün infrastrukturun inkişafı mütləqdir.
Azvision.az xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Milli Ulduz Təsnifat sistemi əsasında hotellərə ulduz dərəcələrinin verilməsi mərasimində deyib.

O əlavə edib ki, Azərbaycan Turizm Bürosu Qarabağda turizmin inkişafı üçün bir sıra layihələr üzərində işləyir: “Orada ən vacib məsələ infrastruktur məsələsidir. Artıq yollar açılıb Füzulidə aeroport fəaliyyətə başlayıb. Biz buna sevinirik. Əminik ki, bizim layihələrimizə də növbə çatacaq. Ən əsası odur ki, Azərbaycanın siyasətində turizm başlıca rol oynayır”.

Azvision.az



Teqlər: Turizm  





Xəbər lenti