Xarici pasportu olmayan Aİ vətəndaşları Britaniyaya buraxılmayacaq

Xarici pasportu olmayan Aİ vətəndaşları Britaniyaya buraxılmayacaq
  01 Oktyabr 2021    Oxunub:824
Avropa İttifaqı vətəndaşları şəxsiyyət vəsiqələri ilə Böyük Britaniya daxil ola bilməyəcəklər, onlardan sərhəddə xarici pasportlarını təqdim etmələri tələb olunacaq.
Azvision.az "TASS"a istinadən xəbər verir ki, qərar bu gün, oktyabrın 1-dən qüvvəyə minib.

Britaniyanın Ai-dən çıxmasından sonra bu tədbirin əsas məqsədi saxta sənədlərlə mübarizə qeyd edilir. Britaniya Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, Avropa milli şəxsiyyət vəsiqələri Britaniya sərhədində ən çox ələ keçirilən saxta sənədlərdən biridir.

Yeni qaydalar İngiltərədə yaşayan Aİ və İsveçrənin bu ilin 30 iyunundan əvvəl tam və ya qismən yaşayış statusu üçün müraciət edə bilən vətəndaşlara şamil edilmir və onlar 31 dekabr 2025-ci ilə qədər milli şəxsiyyət vəsiqələri ilə krallığa girə biləcəklər. Bu ilin avqust ayının sonuna olan məlumata əsasən, təxminən 5,4 milyon belə icazə verilmişdir.

Azvision.az



Teqlər: Britaniya    





Xəbər lenti