Vətən müharibəsi ilə bağlı 24 erməni beynəlxalq axtarışa verilib

   Vətən müharibəsi ilə bağlı 24 erməni beynəlxalq axtarışa verilib
  01 Oktyabr 2021    Oxunub:1112
İkinci Qarabağ Müharibəsində azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə 24 nəfər erməni beynəlxalq axtarışa verilib.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib. Onun sözlərinə görə, ermənilərin törətdiyi cinayət hadisələri ilə bağlı ümumilikdə 76 cinayət işi başlanılıb:

"Onlardan 39-u mülki əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlıdır. Bildiyiniz kimi, mülki əhaliyə qarşı törədilmiş cinayətlər daha çoxdur. Bu istiqamətdə işlərimiz davam etdirilir. Bununla yanaşı, Birinci Qarabağ müharibəsində, eləcə də atəşkəs dövründə hərbçilərimizə qarşı törədilmiş cinayətlərlə bağlı axtarışa verilənlər var. Onların da sayı 300-ə yaxındır".

Azvision.az



Teqlər: Müharibə   Cinayət  





Xəbər lenti