Azərbaycanda 65 yaşdan yuxarı əhali 7 faizdir

   Azərbaycanda 65 yaşdan yuxarı əhali 7 faizdir
  01 Oktyabr 2021    Oxunub:1466
"Azərbaycanda yaşlı əhalinin sayı elə də çox deyil. Təxminən əhalinin 7 faizə yaxını 65 yaşdan yuxarı olan təbəqədir".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin nümayəndəsi Fərqan Abbaszadə deyib. O, "Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin əhəmiyyətini vurğulayıb:

"Yaşlı şəxslərə dövlət dəstəyi, rəğbət hər zaman Azərbaycan cəmiyyətində yüksək olub. Gələcəkdə dövlətin siyasətində fəal yaşlanma indeksini müəyyən etmək çox vacib olacaq.
Dünyada gedən tendensiyalar, yaşlı şəxslərin informasiya texnologiyalarından, elektron səhiyyə sistemindən istifadəsi onlar arasında uzunömürlülüyü çoxaldacaq. Beləliklə, yaşlı şəxslərin ölkəmizdə və dünyada əhali arasında çəkisi artacaq".

Azvision.az


Teqlər: Yaş  





Xəbər lenti