143 qazi yüksək texnologiyalı protezlə təmin olunub

143 qazi yüksək texnologiyalı protezlə təmin olunub
  01 Oktyabr 2021    Oxunub:679
“İndiyədək 143 qazinin yüksək texnologiyalı protezlə təminatı həyata keçirilib”.
Azvision.az -ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova “Sosial saat”da deyib. O bildirib ki, hazırda digərlərinin də ölçüləri götürülür:

“Mütəmadi olaraq bunun üzərində işlər gedir. Hər bir qazi yüksək texnologiyalı protezlə təmin olunacaq. Artıq yuxarı ətrafların da protezləşməsi başlayıb, bir müddət sonra başa çatacaq”.

Azvision.az


Teqlər: Qazi  





Xəbər lenti