Ermənistanda hərbi böhran davam edir: Xaçatryan vəzifədən uzaqlaşdırıldı

   Ermənistanda hərbi böhran davam edir: Xaçatryan vəzifədən uzaqlaşdırıldı
  01 Oktyabr 2021    Oxunub:2035
Ermənistanda hərbi məsələlərlə bağlı həbslər və müəmmalar davam edir. Bu gün Vazgen Sarkisyan Hərbi Universitetinin rəhbəri Xaçatur Xaçatryan işdən çıxarılıb.
Azvision.az xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan onun vəzifədən uzaqlaşdırılması haqqında sərəncam imzalayıb.

Ermənistanın Baş qərargah rəisinə ittiham irəli sürülə bilər - KİV
Xatırladaq ki, Xaçatryan bu vəzifəyə 2019-cu ilin aprelin 4-də təyin edilmişdi. Bundan əvvəl isə 2015 -ci ildən rəis müavini kimi çalışıb.

Qeyd edək ki, sentyabrın 30 -da Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş müdafiə naziri David Tonoyanın külli miqdarda mənimsəmə şübhəsi ilə həbs olunduğunu açıqlayıb. David Qalstyan (daha çox "Patron David" kimi tanınır) da onunla birlikdə saxlanılıb.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti