Saakaşvili Gürcüstana qayıdıb?

Saakaşvili Gürcüstana qayıdıb?
  01 Oktyabr 2021    Oxunub:1566
"Ukraynanın keçmiş prezidenti Mixail Saakaşvili sentyabrın 30-da Kiyevi tərk edib və hazırda Gürcüstandadır". Azvision.az xəbər verir ki, bunu Saakaşvili tərəfindən qurulan Ukraynanın "Sadə qərarlar və nəticələr ofisi” ictimai təşkilatının rəhbəri Mariya Barabaş bildirib.
"Mişa dünən Kiyevi tərk edib. Üç gün əvvəl komandasını topladı və bizə Gürcüstana getdiyini söylədi, çünki indi ölkəsi üçün dönüş nöqtəsidir. Bizə dedi ki, getməlidir, Gürcüstanda əhəmiyyətli bir seçim ərəfəsindədir", - Barabaş söyləyib.

Xatırladaq ki, cümə günü səhər Saakaşvili “Facebook” vasitəsilə artıq vətəndə olduğunu bildirib. "Vahid Milli Hərəkat" Partiyasındakı tərəfdaşları bu məlumatı təsdiqləyiblər. Gürcüstan hakimiyyəti isə bunu təkzib edib. Ölkənin Daxili İşlər Nazirliyi Saakaşvilinin Gürcüstan sərhədini rəsmi qaydada keçmədiyini bildirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Mixail-Saakaşvili   Ukrayna  





Xəbər lenti