Reklamlarda Azərbaycan dilinin qorunması ilə bağlı təkliflər hazırlanır
Bakı Şəhəri Reklam İdarəsi rəisinin müavini Mehdi Ağayevin rəhbərliyi ilə keçirilən birgə komissiyanın iclasında qeyd olunub ki, hazırda ADRA tərəfindən Bakıdakı binaların üzərindəki fasad reklamlarının standartlarının müəyyənləşdirilməsi istiqamətində operativ iş aparılır.
Bu proses yekunlaşdıqdan sonra yeni standartlara uyğun reklamların hazırlanması zamanı dövlət dilindən düzgün istifadə məsələlərinə xüsusi diqqət yetiriləcək.
Hazırda komissiyada təmsil olunan qurumlar tərəfindən açıq məkandakı reklamlarda Azərbaycan dilinin qorunması istiqamətində təkliflər hazırlanır. Gələcəkdə məsələ ilə bağlı qanunvericiliyə bəzi dəyişikliklərin edilməsi də istisna olunmur. Yekunda komissiya reklamlarda Azərbaycan dilinin düzgün istifadəsi ilə bağlı sosial şəbəkələrdə və açıq məkanda maarifləndirmə işlərinin aparılmasını qərara alıb. Komissiyanın iclasları barədə mütəmadi məlumatlar veriləcəkdir.
Azvision.az
Teqlər: Reklam