“Narva” torpaqsovuran gəmisi modernləşdirilib
Bundan başqa, kayutlarda, maşın, nasos şöbəsində, sanitar sistemlərdə boru xətləri tam təmir olunub, lazımi hallarda yenisi ilə əvəzlənib, suüstü hissələrdə, daxili bölmələrdə, göyərtələrdə böyük həcmdə metal lövhələr dəyişdirilib.
İstismar dövründə gəmi sükanının mexaniki idarə olunmasında çətinliklər olduğundan sistem yenidən qurulub. Hazırda sükanın idarə olunması elektro hidravlik idarəetmə vasitəsilə həyata keçirilir.
Eyni zamanda, yük anbarlarının qapaqları, qapaqların qaldırılması üçün istifadə olunan hidravlik qurğular, idarəetmə sisteminin yüksək təzyiqli boruları yenilənib, palçıq (və ya torpaq) sovurmaq üçün istifadə olunan yükqaldırıcı mexanizmlərdə əsaslı təmir işləri aparılıb. Enerji paylayıcı qurğular, rabitə və elektrik radionaviqasiya avadanlıqları, elektrik mühərrikləri tam təmir olunub.
Gəmi tərsanəyə qaldırılarkən gövdənin yararsız hissələri dəyişdirilib, hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları təmir olunduqdan sonra sualtı və suüstü hissələri abraziv qumla təmizlənərək rənglənib. Heyətin yaşayış otaqları lazımi mebellərlə təchiz olunub, gəminin sanitar qovşaqları və yeməkxanası əsaslı təmir edilib.
Mexanizm və elektrik avadanlıqlarının təmiri başa çatdıqdan sonra gəmi müvəffəqiyyətlə dəniz sınağından keçirilib və istismara verilib.
Azvision.az
Teqlər: Gəmi