Axtarışda olan 69 nəfər saxlanılıb

Axtarışda olan 69 nəfər saxlanılıb
  01 Oktyabr 2021    Oxunub:1085
Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 30-da qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 32 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 69 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti