Ermənistan və Hindistan hərbi əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Ermənistan və Hindistan hərbi əməkdaşlığın gücləndirilməsini müzakirə edib
  01 Oktyabr 2021    Oxunub:1541
"Hindistan Ermənistanla müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır".
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın İrəvandakı səfiri Kişan Dan Deval Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşdə bildirib.

Tərəflər əməkdaşlıq üçün maraq kəsb edən bir sıra istiqamətləri, xüsusən də hərbi-texniki sahəni vurğulayıblar. Ermənistan-Hindistan hərbi əməkdaşlığının səmərəliliyini artırmaq üçün işçi qruplarının aktivləşdirilməsi barədə razılıq əldə edilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Hindistan  





Xəbər lenti