COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
  01 Oktyabr 2021    Oxunub:612
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68732 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16611, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52121 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8623360, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4778843, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3844517 təşkil edir.

Azvision.az



Teqlər: vaksin  





Xəbər lenti