Bakıda muzdlu işçilərin maaşı 948 manat olub

Bakıda muzdlu işçilərin maaşı 948 manat olub
  01 Oktyabr 2021    Oxunub:1008
Bu ilin yanvar-iyul aylarında Bakı şəhəri üzrə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı açıqlanıb.
Bakı Şəhər Statistika İdarəsindən Azvision.az -a verilən məlumata görə, hesabat dövründə paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 0,1% azalaraq 948 manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında paytaxtda orta aylıq əməkhaqqı üzrə göstərici 942,3 manata bərabər olub.

Azvision.az



Teqlər: Maaş  





Xəbər lenti