"Məktəb yaşı aşağı salınmalıdır" - Emin Əmrullayev

   "Məktəb yaşı aşağı salınmalıdır" -    Emin Əmrullayev
  01 Oktyabr 2021    Oxunub :554
"Erkən uşaq inkişafı və məktəbə tez başlama vacib məsələdir. 1-5 yaşında uşaqlar bağçaya gedə bilir, bu baxımdan erkən uşaq təhsili baxımından zəiflik hiss olunur".
Azvision.az xəbər verir ki, bunu Təhsildə yeni çağırışlar II Beynəlxalq Forumunda çıxış edən Təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, əsas çağırışlardan biri erkən məktəbə başlama yaşıdır: "Zənnimcə 6 yaş gecdir. Məktəb yaşının 5 qədər azaldılmasına çalışmalıyıq. Sosial-iqtisadi və yaxud məkan baxımından olan məqamları kənara qoyaraq. Bu baxımdan siyasət formalaşdıran tərəflər çalışmalıdılar. İkinci vacib məsələ təhsil sahəsində qarşımızda duran, bu da təhsilin kontentidir, məzmunudur. Uşaqları nəyə hazırlayırıq, 10-15 yaşında olan uşaqlar 20-30 ildən sonra soruşacaqlar bizə nə öyrətdiniz, bunun bir faydası varmı, həyatımızı necə dəyişdi? Daha yaşlı nəslin ideyaları gənc nəslə nə qədər ötürülür? Biz gələcyi görürükmü, bu əsas həlledici suallardan biridir".

Azvision.az

Teqlər: Məktəb  







Xəbər lenti