Bakıda əhali mağazalarda 7 milyardan çox pul xərcləyib

Bakıda əhali mağazalarda 7 milyardan çox pul xərcləyib
  02 Oktyabr 2021    Oxunub:718
2021-ci ilin yanvar-avqust aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,4 faiz artaraq 14 milyard 602,5 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən Azvision.az -a verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artaraq 7 milyard 428,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,4 faiz artaraq 7 milyard 173,8 milyon manata bərabər olub.

İstehlak məhsullarının 37,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Azvision.az


Teqlər:





Xəbər lenti