Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir
  02 Oktyabr 2021    Oxunub:773
Bu gün Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.
Azvision.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, saat 08:00-dan etibarən ölkə üzrə 3 664 seçki məntəqəsində səsvermə başlayıb.

Mərkəzi Seçki Komissiyasının sözçüsü Natia İoseliani bildirib ki, seçkilər qarşıdurma olmadan, təhlükəsiz şəraitdə keçirilir.

Mərkəzi Seçki Komissiyasının MSK yenilədiyi siyahıya əsasən, qeydiyyata alınan seçicilərin sayı 3 497 345 nəfər təşkil edir. Seçkilərdə ilk dəfə elektron səsvermə sistemi tətbiq olunacaq. Bu yenilikdən Tbilisinin Krtsanisi rayonunda qeydiyyatda olan 41 314 seçici istifadə edə biləcək.

Seçkiləri 31 310 nəfər yerli, 1 024 nəfər beynəlxalq müşahidəçi izləyir.


Pərvanə Sultanova
Azvision.az




Teqlər: Gürcüstan   Seçki  





Xəbər lenti