Sarkisyanın yersiz "əgər"i: Ermənilər eks-prezidenti təcrübəsizlikdə qınadı
- Serj Sarkisyan bilməli idi ki, siyasətdə "əgər" kəlməsi yoxdur. "Əgər belə olmasaydı" demirlər... O hər kəsə üzünü tutaraq bəyan edir ki, 2018 -ci ildə hakimiyyət dəyişikliyi olmasaydı, Şuşa və Hadrut əldən çıxmazdı və s.. Uzun illər siyasətlə məşğul olan Serj Sarkisyan bilməliydi ki, siyasətlə məşğul olanlar "əgər" deməzlər. Eks-prezident qəsdən yerləri qarışdırır. Hakimiyyət dəyişikliyi ona görə baş verdi ki, beynəlxalq aləmdə Qarabağla bağlı böyük anlaşmalar gedirdi. Ona görə də hakimiyyəti başqasına təhvil vermək lazım idi".
Qeyd edək ki, Serj Sarkisyan hər dəfə işğalda saxladıqları torpaqların inqilaba görə əldə çıxdığını deyəndə erməni cəmiyyəti ona Aprel döyüşlərini də xatırladır.
Tural Tağıyev
Azvision.az
Teqlər: Sarkisyan Ermənistan