Saakaşvilinin xanımı kömək istəyib

Saakaşvilinin xanımı kömək istəyib
  02 Oktyabr 2021    Oxunub:883
Ukraynalı deputat Yelizaveta Yasko Tbilisidə saxlanılan həyat yoldaşı Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə görə Kiyev hakimiyyətindən kömək istəyib.
Azvision.az xəbər verir ki, bu barədə xanım deputat "Facebook" səhifəsində müraciət yayıb.

"Dövlət naminə sevgi və mübarizə nəcib bir işdir! Onun mübarizəsini dəstəkləyirəm. Mixeil Saakaşvili Ukrayna vətəndaşıdır və biz vətəndaşlarımızı qorumalıyıq!”, - o bildirib.

Qeyd edək ki, müraciət prezident Vladimir Zelenski, xarici işlər naziri Dmitri Kuleba, Ukrayna və Gürcüstan səfirlikləri, baş nazir Denis Şmıqal, eləcə də Avropa İttifaqının Kiyev və Tbilisidəki nümayəndəliklərinə, ABŞ səfirliyinə, Avropa monitorinq missiyalarına, BMT-yə ünvanlanıb.

Saakaşvili dünən Gürcüstanda olması ilə bağlı sosial şəbəkələrdə görüntülər yaymışdı. Gürcüstan hakimiyyəti əvvəlcə onun ölkədə olmasını təkzib etsə də, axşam saatlarında həbs olunması barədə məlumat verildi.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Mixail-Saakaşvili   Gürcüstan  





Xəbər lenti