Azərbaycanda 10-cu sinif şagirdi vəfat edib

Azərbaycanda 10-cu sinif şagirdi vəfat edib
  02 Oktyabr 2021    Oxunub:862
Zərdab rayonu, Çallı kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Vahidli Firuzə Aqil qızı vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə məktəb məlumat yayıb. F. Vahidlinin uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi qeyd edilib.

"Öz çalışqanlığı ilə öz yaşıdlarından fərqlənən, ağlı, tərbiyəsi ilə daim seçilən Firuzə kimi bir şagirdi itirmək və onun haqqında belə bir məlumatı paylaşmaq bizim üçün olduqca çətindir".

Aytən Zəhra
Azvision.az



Teqlər: Məktəb   Şagird  





Xəbər lenti