İŞİD taliblərə hücum etdi

İŞİD taliblərə hücum etdi
  02 Oktyabr 2021    Oxunub:936
Əfqanıstanın Pərvan əyalətində içində taliblərin olduğu maşın partladılıb. Azvision.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Talibanın nümayəndəsi Bilal Kərim hadisənin əyalətin inzibati mərkəzi olan Çarıkan şəhərində baş verdiyini bildirib. Partlayış nəticəsində bir neçə Taliban döyüşçüsü yaralanıb. Hadisədən dərhal sonra Taliban hücum edənləri zərərsizləşdirmək üçün bölgədə xüsusi əməliyyat keçirib. Bildirilir ki, nəticədə İŞİD terror qrupunun bir neçə üzvü öldürülüb. Hələlik hücumda iştirak edənlərin sayı açıqlanmayıb.

Xatırladaq ki, iki gün əvvəl Əfqanıstanın Kunar əyalətində İŞİD üzvləri Taliban məntəqəsinə hücum etmişdilər.

Qeyd edək ki, Taliban yaraqlılarının Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra başqa bir terror təşkilatı olan İŞİD bu ölkədə fəaliyyətini gücləndirib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Əfqanıstan   Taliban   İŞİD  





Xəbər lenti