Türkiyə ilə yaxşı əlaqələrimiz var - Misir XİN
İki ölkənin Xarici İşlər nazirlikləri arasında danışıqların növbəti mərhələsi barədə danışan Şükri deyib ki, əlaqələrin inkişafına ümid edir.
O, məsləhətləşmələrinin ikinci turunda Misir-Türkiyə münasibətləri, regional problemlərin müzakirə edildiyini, qiymətləndirmə aparıldığını vurğulayıb.
Xatırladaq ki, məsləhətləşmələrinin ikinci turu 7-8 sentyabr tarixlərində Ankarada keçirilib.
Qahirə 2013-cü ildə Misirin mərhum prezidenti Məhəmməd Mursinin hakimiyyətdən devrilməsinə etiraz etdiyi üçün Türkiyədən öz səfirini geri çağırdı. Türkiyə ilə Misir arasında diplomatik əlaqələr həmin ildən etibarən müvəqqəti işlər vəkili səviyyəsində qarşılıqlı olaraq davam etdirilir.
Pərvanə Sultanova
Azvision.az