Qanlı döyüşlərin izi ilə - Şuşadan VİDEOREPORTAJ

   Qanlı döyüşlərin izi ilə -    Şuşadan VİDEOREPORTAJ
  02 Oktyabr 2021    Oxunub:7044
Şəhid Xudayarın dediyi dumanlı dağların arasından Dumanlı Dağa - Şuşaya səfərimiz elə dumanların içindən keçərək başladı. Hətta duman o dərəcədə idi ki, önümüzü görə bilmirdik. Lakin bir müddətdən sonra keçdiyimiz yol kənarları bizə tanış gəldi. Öncə rus "bloger" Peqovun "dezo"larının, sonra isə Müzəffər, Qəhrəman Ordumuzun sayəsində erməni leşlərinin əks olunduğu videolardan tanıyırdıq artıq bu yolları. Nəhayət, Türkiyə və Azərbaycan bayraqları ilə qucaqlaşmış yazını gördük: ŞUŞA.
Bizi ilk qarşılayan əzəməti ilə Pənahabad qalası oldu. Digər adı ilə Şuşa qalası. Ancaq onun sahibləri öz qalalarına dağları aşaraq, keçə bilərdilər. Belə də oldu.


Ermənilərin I Qarabağ müharibəsində "Dağlarda toy" adı verdikləri əməliyyat zamanı qala və divarları barbarlığa məruz qalmışdı. 30 ildən sonra ermənilərin “toy”unu yasa çevirdik. Şuşa azad olunan kimi ilk işlərdən biri məhz Qalanın divarlarının və barbarlar tərəfindən dağıdılmış girişinin bərpası oldu. Qala öz tarixi görkəminə qovuşdu.

44 günlük Vətən müharibəsinin üzərindən 1 il keçsə də ermənilər Şuşanın gerçək sahiblərinə geri dönməsinə hələ də inana bilmirlər. Hətta erməni ictimaiyyətinin tanınmış simaları məğlubiyyətlərinə bəhanə uydurmaq üçün Şuşanın döyüşsüz təhvil verildiyi yalanlarını danışırlar. Ancaq yollara səpələnmiş yüzlərlə erməni əsgərlərinin leşlərinin kadrları bunun tam əksini hər dəfə onların üzünə çırpır.

Artıq Şuşanın dirçəliş, özünə dönmə günləri başlayıb. Mədəniyyət paytaxtımız əvvəlki kimi, hətta əvvəlkindən daha da gözəl olacaq. Biz bunu yerindəcə həm eşitdik, həm də gördük. Artıq Şuşada muğam səsləri eşidilir...

Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər: Şuşa  





Xəbər lenti