Özbəkistanda Azərbaycan kinosu günləri keçirilir - Fotolar

Özbəkistanda Azərbaycan kinosu günləri  keçirilir  -  Fotolar
  02 Oktyabr 2021    Oxunub:2158
Daşkənddə, Ürgəncdə və Nukusda keçirilən “Böyük İpək Yolunun incisi” XIII Daşkənd beynəlxalq kinofesivalında Azərbaycanın da bədii və sənədli filmləri nümayiş etdiriləcək. AzVision.az Özbəkistanın repost.az saytına istinadla xəbər verir ki, Azərbaycan mədəniyyət mərkəzində festivalın açılışına həsr olunmuş tədbir keçirilib.
MŞ ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında memorandum imzalanıb - FOTOLAR
Tədbirdə Özbəkistandakı fövqəladə və səlahiyyətli səfirimiz Hüseyn Quliyev, tədbirin sponsoru olan “Uzavtosanoat” SC idarə heyətinin müşaviri Zumrad Şadcəlilova, Azərbaycanın Mədəniyyət Nazirliyinin kinematoqrafiya idarəsinin rəisi Rüfət Həsənov, rejissor Orman Əliyev və başqaları çıxış ediblər.
“Kinofestival həyat fəaliyyətinin bütün sahələrinin inkişafına diqqət yetirən, mənəvi-mədəni inkişafı dünya incəsənəti ilə sıx təmasda görən Şövkət Mirzioyevin təşəbbüsü ilə keçirilir”, - tarixçi-alim, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov deyib.


O, bildirib ki, festivalın əsası 1968-ci ildə qoyulub. Əvvəllər "Asiya, Afrika, Latiın Amerikası ölkələri kinofestivalı" adını daşısa da, hazırda “Böyük İpək Yolu İncisi” adlanır: "Bu kinofestivalın dünyanın bir çox ölkələrinin kino sənəti nümayəndələrinin səylərini birləşdirəcəyini düşünürəm; onlar öz mədəniyyətlərini, həyatlarını nümayiş etdirmək, fikir və nailiyyətlərini bölüşmək imkanları qazanacaqlar. Bu kinofestival yeni Özbəkistanın qurulması şəraitində keçir. Tədbir qardaş Azərbaycan və Özbəkistan xalqları arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət edəcək".


Nümayiş proqramında rejissor İsmayıl Səfərovun “Balıqçı qızı”, Rüfət Həsənovun “İç ada”, Əlisəttar Quliyevin “Olimpiya”, Kseniya Laqutinanın “Fəridə”, Zaur Qasımlının “Miras” filmlərinin göstərilməsi planlaşdırılır. Kinolentlərin nümayişi Daşkənddə, Ürgəncdə və Nukusda baş tutacaq. Paytaxtdakı nümayişlər Azərbaycan Mədəniyyət mərkəzində olacaq.


Azvision.az


Teqlər: Özbəkistan   Kino   Festival  





Xəbər lenti