Kiyev Saakaşvili üçün nə edəcək?

Kiyev Saakaşvili üçün nə edəcək?
  02 Oktyabr 2021    Oxunub:1529
"Gürcüstan ölkənin sabiq prezidenti Mixeil Saakaşvilinin saxlanması ilə bağlı Kiyevin reaksiyasını anlayşıla qarşılayır".
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Diplomat bu vəziyyətin iki ölkə arasındakı əlaqələrin inkişafına təsir etməyəcəyinə ümidvar olduğunu deyib.

“Onların mövqeyi (Ukrayna tərəfinin - red.) başadüşüləndir, çünki Saakaşvili Ukraynanın vətəndaşıdır. Səfirlik tərəfindən Kiyevi maraqlandıran bütün məlumatlar təqdim ediləcək", - Zalkaliani vurğulayıb.

Onun sözlərinə görə, Gürcüstanla Ukrayna arasındakı strateji tərəfdaşlığı bir adamın girov götürməsi qəbuledilməzdir: "Əminəm ki, sakit, dinc yolla bütün məsələlərə aydınlıq gətiriləcək, Ukrayna ilə münasibətlərimiz isə əvvəlki kimi inkişaf etməyə davam edəcək".

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib: "Saakaşvili bizim vətəndaşımızdır. Ona lazımi dəstəyi verəcəyik".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ukrayna   Gürcüstan  





Xəbər lenti