Hacıqabulda qəza edən avtobus qeyri-qanuni fəaliyyət göstərib - Rəsmi
02 Oktyabr 2021
Oxunub:1144
Hacıqabulda sərnişin avtobusu qəza edib. Ağdam-Bakı xətti üzrə hərəkət edən 02 BT 242 nömrəli sərnişin avtobusu asfaltbasan maşın və daşla dolu avtomobillə toqquşub.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova Azvision.az -a açıqlamasında bildirib ki, sərnişin avtobusu qeyri qanuni fəaliyyət göstərib. O bildirib ki, həmin avtobusun "Fərqlənmə nişanı" olmayıb:
"Avtobus qanuni müntəzəm sərnişin daşıma ilə məşğul olmayıb. Bizə verilən məlumata görə, Ağdamdan "Sədərək" Ticarət Mərkəzinə sərnişin daşıyırmış".