Ermənistanda 2 əsgər saxlanılıb

   Ermənistanda 2 əsgər saxlanılıb
  02 Oktyabr 2021    Oxunub:903
Ermənistanda xidməti vəzifələrini yerinə yetirməkdən imtina edən çağırışçılar saxlanılıb. Azvision.az xəbər verir ki, bu barədə Respublika İstintaq Komitəsi məlumat yayıb.
Bildirilir ki, hərbçilər A.O. və V.V. məzuniyyətlərini yekunlaşdırdıqdan sonra xidmət etdikləri hərbi hissəyə qayıtmadıqları üçün qanun qarşısında cavab verməli olacaqlar.
"Oktyabrın 1 -də başlanan cinayət işi çərçivəsində A.O. və V.V. saxlanılıb. İstintaq davam edir".

Qeyd edək ki, son bir ildə erməni ordusunda oxşar hallar dəfələrlə baş verib. Bir neçə ay öncə də əsgər məzuniyyətə getdikdən sonra hərbi hissəyə qayıtmaqdan imtina etmişdi.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Hərbçi   Məzuniyyət  





Xəbər lenti