Əfsanəvi komediya aktyoru vəfat edib

Əfsanəvi komediya aktyoru vəfat edib
  02 Oktyabr 2021    Oxunub:1412
Pakistanın əfsanəvi komediya aktyoru Umer Şərif 66 yaşında vəfat edib. Azvision.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
Bildirilir ki, sənətçinin Almaniyada uzun müddətli müalicədən sonra şənbə günü ölməsini ailəsi və Pakistan rəsmiləri artıq təsdiqləyiblər. Ürək xəstəliyi ilə mübarizə aparan Şərif gələn həftə ABŞ -da əməliyyat olunacaqdı. Bu səbəbdən də onu təcili şəkildə Pakistandan çıxarıblar. Lakin yolda vəziyyəti pisləşdiyi üçün Almaniyada bir xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, sənətçinin ölümü ilə əlaqədar Baş nazir İmran Xan da sosial media üzərindən başsağlığı paylaşımı edib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Pakistan  





Xəbər lenti