Nüvə enerjisi ilə çalışan superyaxta: Turistlər 3 milyona, alimlər isə pulsuz səyahət edəcək

  Nüvə enerjisi ilə çalışan superyaxta: Turistlər 3 milyona, alimlər isə pulsuz səyahət edəcək
  02 Oktyabr 2021    Oxunub:2012
Qərb mediasında fantastik bir layihəni əks etdirən fotolar dərc edilib. Məqalədə qeyd edilir ki, beynəlxalq ictimaiyyətə təqdim olunan bu foto yeni "James Bond" filmindən bir eskiz kimi görünsə də, bu "Earth 300" adlanan möhtəşəm bir layihədir. "Earth 300" xüsusi ambisiyaları olan və nüvə enerjisi ilə işləyəcək superyaxta olacaq.
Azvision.az xəbər verir ki, yaxta hələ tikilməsə də, o elm adamlarının okeanları araşdırması və bu günün ən böyük ekoloji problemlərini həll etməsi üçün səyahət laboratoriyası olaraq hazırlanacaq. 22 laboratoriya, 160 elm adamı və 20 tələbə üçün nəzərdə tutulan yaxta yeni bir nüvə enerjisi növü olan "Molten Salt Reactor" ilə işləyəcək.



Yaxtada turistlər üçün də ayrıca otaqlar olacaq. Ancaq bu çox bahalı qiymətə reallaşacaq.

Super yaxta mütəxəssisi İvan Salas Ceferson tərəfindən hazırlanan "Earth 300"-də qalmaq istəyən varlılar üçün 40 VİP otaq hazırlanacaq ki, buna görə də onlar 3 milyon dollar ödəməli olacaqlar. Alimlər və tələbələri isə gələcəyin möhtəşəm layihəsi sayılan bu gəmi ilə ya pulsuz, ya da endirimli qiymətlərlə səyahət edəcəklər.

Tural Tağıyev
Azvision.az



Teqlər: Yaxta   Alim   Turist  





Xəbər lenti