Xilasedicilər yataqxanada intihara cəhdin qarşısını alıblar

Xilasedicilər yataqxanada intihara cəhdin qarşısını alıblar
  02 Oktyabr 2021    Oxunub:1040
Oktyabrın 2-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonunun Səttar Bəhlulzadə küçəsi 23 ünvanındakı yataqxana binasının damında intihara cəhdlə bağlı məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, bir qrup yataqxana sakini yaşadıqları binanın damına çıxaraq intihara cəhd edirlər.

Yaranmış mürəkkəb vəziyyəti operativ təhlil edərək psixoloji söhbət üçün müvafiq taktika seçən xilasedicilərin səyi nəticəsində həmin şəxsləri intihara cəhd etmək fikrindən daşındırmaq mümkün olub. Onlar xilasedicilər tərəfindən təhlükəsiz qaydada binanın damından endiriliblər.

Azvision.az



Teqlər: FHN   İntihar  





Xəbər lenti