Tramp hansı peyvəndi vurdurmasını açıqladı

Tramp hansı peyvəndi vurdurmasını açıqladı
  02 Oktyabr 2021    Oxunub:1067
ABŞ -ın keçmiş prezidenti Donald Tramp koronavirusa qarşı hansı peyvəndi vurdurmasından danışıb. Azvision.az xəbər verir ki, bu barədə o, "Yahoo Finance" internet portalına verdiyi müsahibədə məlumat verib.
Ağ Evin keçmiş rəhbəri "Mənə "Pfizer" peyvəndi vurdular. Amma istənilən peyvənd vurulsaydı yenə də çox məmnun olardım" deyib.

Qeyd edək ki, Tramp keçən payız koronavirusa yoluxaraq bir müddət təcrid olundu və xəstəxanaya yerləşdirildi. O və xanımı Melaniya Tramp yanvar ayında Vaşinqtondan ayrılmamışdan əvvəl peyvənd olunmuşdular. Ancaq bu barədə məllumatı yalnız mart ayında elan etdilər.

Tural Tağıyev
Azvision.az



Teqlər: Tramp   Peyvənd  





Xəbər lenti