Zelenski Putinlə görüşə hazırdır

Zelenski Putinlə görüşə hazırdır
  03 Oktyabr 2021    Oxunub:699
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşə hazır olduğunu və təkbətək görüşün səmərəli ola biləcəyinə inandığını bildirib.
"Rusiya Prezidenti ilə görüşə gəlincə: bir daha təsdiq edirəm ki, biz bu görüşə hazırıq və hesab edirəm ki, bu, Rusiya Federasiyasının Prezidenti ilə görüş üçün doğru addımdır. Həqiqətən başa düşürəm ki, tet-a-tet formatında kifayət qədər əsaslı bir görüş keçirə bilərik. Mənə aydındır ki, Rusiya tərəfi, düşünürəm ki, Rusiya Federasiyası Prezidentinin çevrəsi mənimlə tet-a-tet formatında görüş keçirməsini istəmir. Çünki bu görüş gözlənilməz nəticələr verə bilər.

Prinsipcə bu gün hər hansı bir görüşə hazıram, çünki inanıram ki, bu səviyyədə istənilən görüş Ukraynaya Donbas faciəsinin və Krım məsələsinin həllində kömək edəcək", -deyə Zelenski bildirib.

Azvision.az


Teqlər: Putin   Zelenski  





Xəbər lenti