Daşkənddə Azərbaycan mətbəxinin təqdimatı olub

Daşkənddə Azərbaycan mətbəxinin təqdimatı olub
  03 Oktyabr 2021    Oxunub:1992
Daşkənddə “İpək Yolu dürdanəsi” beynəlxalq kinofestivalı çərçivəsində Azərbaycan milli mətbəxinin təqdimatı olub. Təqdimat mərasimində Azərbaycanın Özbəkistandakı səfirliyinin, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM), “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərləri və əməkdaşları, Azərbaycan və Özbəkistan milli mətbəxinin tanınmış mütəxəssisləri, Özbəkistanın Aşpazlar Assosiasiyasının rəhbərləri, jurnalistlər və blogerlər iştirak ediblər.

Tədbirdə dolmanın müxtəlif növləri – yarpaq dolması, pomidor, bibər, badımcan dolmalarının hazırlanma prosesi ilə bağlı ustad dərsləri keçirib və bu təamların təqdimatı baş tutub.


Bununla bərabər özbək milli plovunun hazırlanması üzrə ustad dərsləri də təqdim olunub.



Azərbaycan və özbək yeməklərinin oxşar və fərqli xüsusiyyətlərinə dair çıxışlar dinlənilib.


Mədəniyyət Mərkəzinin hazırladığı mədəni proqramın təqdim edildiyi tədbirdə Özbəkistanın “Özbəyim yoşları” musiqi qrupu, azərbaycanlı saz ustası İlham Abdullayev və ölkəmizi “Eurovision 2017” musiqi yarışmasında təmsil etmiş Diana Hacıyevanın ifaları dinlənilib.


İştirakçılar təqdimatı yüksək qiymətləndirib, tədbirin Azərbaycan mətbəx mədəniyyətinin tanıdılması istiqamətində mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Özbəkistan Aşpazlar Assosiasiyasının rəhbəri Akbar Umarov ustad dərslərini yüksək qiymətləndirib, Azərbaycan milli mətbəxinin zəngin ənənələrə malik olduğunu vurğulayıblar. A.Umarov "diyar.az - Azərbaycanın qastronomik xəritəsi" layihəsinin rəhbəri Nigar Əmirbəyovaya Özbəkistan milli mətbəxinə dair nadir nəşr bağışlayıb.





Azvision.az



Teqlər: Daşkənd   Mətbəx   Kino  





Xəbər lenti