"Saakaşvili və komandası sui -qəsd təşkil etməyi planlaşdırırdılar" - İrakli Qaribaşvili

   "Saakaşvili və komandası sui -qəsd təşkil etməyi planlaşdırırdılar" -    İrakli Qaribaşvili
  03 Oktyabr 2021    Oxunub:1020
"Mixeil Saakaşvili və onun komandasıTibilisidə keçirilən mitinqdə bir neçə müxalifətçiyə sui -qəsd təşkil etməyi planlaşdırırdılar".
Azvision.az xəbər verir ki, bunu Baş nazir İrakli Qaribaşvili “İmedi” telekanalının efirində deyib. Onun sözlərinə görə, Saakaşvilinin gözlənilmədən oktyabrın 3-də paytaxtda planlaşdırılan genişmiqyaslı mitinqə çıxmaq, polisi ora cəlb etmək və hökuməti müxalifətçilərin qətlində təqsirləndirmək planı vardı.

"Bu bizim xüsusi xidmət orqanlarının məlumatıdır. Hakimiyyətin delegitimləşdirilməsi onların planlarının bir versiyası idi. Xaricdə müxalifət liderlərinin burada necə öldürüldüyünü göstərmək istəyirdilər. Daha sonra hökumətin istefasını və növbədənkənar seçkilərin təyin edilməsini tələb edəcəkdilər".

Baş nazirin sözlərinə görə, bu plan üzrə Vahid Milli Hərəkatın sıralarında birlik olmayıb və Vahid Milli Hərəkatın lideri Nika Melia hadisələrin belə inkişafına qarşı olub.

Qeyd edək ki, Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Siyasətçiyə qarşı Gürcüstan sərhədini qanunsuz keçməklə bağlı ittiham irəli sürülüb.

Azvision.az



Teqlər: MixeilSaakaşvili  





Xəbər lenti