Yaponiyada yeni baş nazir seçilib

Yaponiyada yeni baş nazir seçilib
  04 Oktyabr 2021    Oxunub:753
Yaponiya parlamentinin aşağı palatası səs çoxluğu ilə hakim Liberal Demokrat Partiyasının rəhbəri, əvvəllər xarici işlər naziri olmuş Fumio Kişidanı ölkənin 100-cü baş naziri vəzifəsinə seçib.
Azvision.az xəbər verir ki, səsvermə canlı yayımlanıb.

Baş nazir partiyaların irəli sürdüyü namizədlər arasından səs çoxluğu ilə seçilir. Hər bir siyasi hərəkat öz namizədini irəli sürür. Hakim partiya parlamentdə mandatların yarısından çoxuna sahib olduğu üçün Kişidanın seçiləcəyi proqnozlaşdırılırdı. O, 458 səsdən 311-ni alıb. Yuxarı palatada başqa bir namizəd qalib gəlsə belə, qanuna görə, aşağı palatanın üstünlüyü var. Ona görə də aşağı palatada keçirilən səsvermənin nəticəsi həlledicidir.

Nazirlər Kabinetinin yeni tərkibi bu gün açıqlanacaq. Həftə sonu Kişida nazir vəzifələrinə bütün namizədləri müəyyən etdi. 20 hökumət üzvündən 13-ü ilk dəfə nazir olacaq. Ən gənc nazirin 44 yaşı var.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Yaponiya   Baş-nazir  





Xəbər lenti