Azərbaycanla Özbəkistanın media sahəsində əməkdaşlığı güclənəcək

Azərbaycanla Özbəkistanın media sahəsində əməkdaşlığı güclənəcək
  04 Oktyabr 2021    Oxunub:1890
UNEC Tədqiqat Fondunun Departament rəhbəri Ellada Əliyeva, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin iştirakı ilə Azərbaycan nümayəndə heyətilə Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru, Beynəlxalq Press-klubun sədri Şerzod Kudratxocaev arasında görüş keçirilib.
Görüşdə tərəflər əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, media sahəsində birgə layihələrin icrası, təcrübə mübadiləsinin həyata keçirməsi, hər iki ölkənin jurnalistlərinin qarşı tərəfdə təlimlərdə iştirakı və s. müzakirə olunub. Qeyd olunan məsələlər üzrə əməkdaşlığa dair Daşkənddəki Beynəlxalq Pres-klubda Azərbaycan və Özbəkistanın uyğun qurumları arasında Memorandum imzalanıb.


İmzalanma mərasimində UNEC Tədqiqat Fondunun Departament rəhbəri Ellada Əliyeva, Özbəkistan tərəfindən də mötəbər qonaqlar iştirak ediblər.
BAMF-nun prezidenti Ümid Mirzəyev və Özbəkistanın Jurnalistika və Kütləvi Universitetinin rektoru, Beynəlxalq Pres-klubun Sədri Şerzod Kudratxocaev arasında 2 Memorandum imzalanıb. Özbəkistan Universiteti və hər iki ölkənin press-klubları arasında əməkdaşlığa dair sənədlər təsdiq edilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Şerzod Kudratxocayev arasında da əməkdaşlığa dair Memorandum imzalanıb.
Azay Quliyev Özbəkistan parlamentinin spikeri ilə görüşüb
Tərəflər hər iki ölkənin tanıdılması, media sahəsində əməkdaşlıq, birgə konfransların, mediaturların, Özbəkistan jurnalistləri üçün Azərbaycan dili kurslarının təşkili, Özbəkistanın Beynəlxalq Press-Klubuna, Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinə Azərbaycana dair kitab və nəşrlərin göndərilməsi razılaşdırılıb.

İmzalanma mərasimində Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistan KİV-ləri ilə birgə layihəsi nəticəsində 44 günlük Vətən müharibəsi zamanı Özbəkistan mətbuatının Azərbaycana mühüm informasiya dəstəyi göstərdiyini, xarici ölkələrdə ən çox məqalə və materialların məhz bu ölkədə yayımlandığını və qardaş Özbəkistan KİV-lərinin ölkəmizin haqq işinə dəstək göstərdiyini vurğulayıb. O, Özbəkistan tərəfinə öz təşəkkürünü bildirib və yeni əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsindən məmnunluğunu ifadə edib.



Şerzod Kudratxocayev Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini və bu istiqamətdə Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlığın təqdirəlayiq olduğunu qeyd edərək, yeni əməkdaşlığın qurulmasını yüksək qiymətləndirib.

BAMF-nun prezidenti Ümid Mirzəyev imzalanmış sənədlər nəticəsində gələcəkdə hər iki ölkənin jurnalistləri və media qurumları arasında əməkdaşlığın yeni müstəviyə keçəcəyini, daha sıx əlaqələrin yaranacağını vurğulayıb.


Teqlər: Özbəkistan   Media  





Xəbər lenti