"Taliban" Kabildə "İŞİD" terrorçularını məhv edib

"Taliban" Kabildə "İŞİD" terrorçularını məhv edib
  04 Oktyabr 2021    Oxunub:893
“Taliban” silahlıları Kabildə atışma zamanı "İŞİD" qruplaşmasının terrorçularını məhv edib.
Azvision.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi məlumat verib.

Qeyd olunub ki, qısa müddət davam edən atışmadan sonra Xair-Xan bölgəsində bir qrup “İŞİD” yaraqlısı öldürülüb. Əməliyyat İdgah məscidi yaxınlığında terror hücumundan sonra həyata keçirilib.

Xatırladaq ki, "Taliban"ın mətbuat katibi Zəbihulla Mücahidin anasının cənazəsi zamanı kamikadze partlayıcı qurğunu işə salıb. Hadisə nəticəsində 12 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti