XİN Gəncə terroru ilə bağlı paylaşım edib

 XİN Gəncə terroru ilə bağlı paylaşım edib
  04 Oktyabr 2021    Oxunub:1079
Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın Gəncədə törətdiyi terror hücumunun birinci ildönümü ilə bağlı paylaşım edib.
Azvision.az bu barədə nazirliyin Tvitter səhifəsinə istinadən xəbər verir.

“Bu gün Ermənistanın Azərbaycanın Gəncə şəhərinə, münaqişə zonasından kənarda yerləşən mülki yaşayış məntəqələrinə hücum edərək humanitar hüququn bütün prinsiplərini kobud şəkildə pozmasından bir il ötür. Günahsız qurbanları kədər və ağrı ilə anırıq!", - paylaşımda deyilir.

Xatırladaq ki, ötən il oktyabrın 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raket zərbələri endirilib. Bu hücumda 1 mülki şəxs həlak olub, 30-dan çox mülki şəxs yaralanıb.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: XİN   Gəncə   Terror  





Xəbər lenti