Ermənistanda koronavirusa yoluxanların sayı 265 mini keçdi

Ermənistanda koronavirusa yoluxanların sayı 265 mini keçdi
  04 Oktyabr 2021    Oxunub:573
Ermənistanda son sutka ərzində daha 627 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 265 317 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 25 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5 397-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1218 nəfərdir. Aktiv xəstələrin sayı 13 860 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti