Tvitter taliblərin səhifələrini bağlamağa başlayıb

Tvitter taliblərin səhifələrini bağlamağa başlayıb
  04 Oktyabr 2021    Oxunub:604
Tvitter sosial şəbəkəsi Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zabihulla Mücahidin hesabını bağlayıb.
Azvision.az bu barədə xarici KİV-lərə istinadən məlumat verir.

Sosial şəbəkə rəhbərliyi məhdudiyyətlərin dəqiq səbəbini hələ açıqlamayıb, ancaq “Taliban” nümayəndəsinin səhifəsinin şübhəli fəaliyyət səbəbiylə bağlandığı bildirilir.

"Diqqət: bu hesaba giriş müvəqqəti olaraq məhdudlaşdırılıb. Hesabda uyğunsuz fəaliyyət qeydə alındığı üçün bu xəbərdarlığı görürsünüz", - Mücahidin səhifəsində yazılıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Taliban   Tvitter  





Xəbər lenti