Köçəryan gileyləndi: "Diz üsdə danışıqlar aparmaq əlverişli deyil"

      Köçəryan gileyləndi:   "Diz üsdə danışıqlar aparmaq əlverişli deyil"
  04 Oktyabr 2021    Oxunub:704
Ermənistanın keçmiş prezidenti, hərbi cinayətkar Robert Köçəryan ölkəsinin artıq danışıqların subyekti olmamasından gileylənib. Azvision.az xəbər verir ki, Köçəryan öbaş nazir Nikol Paşinyanın sülh dövrünə başlamaqla bağlı bəyanatını şərh edərkən deyib ki, Ermənistan danışıqlarda tərəf sayılmır, proseslərdə iştirak etmir.
"Bölgədə sülh dövrünün başlanmasından bəhs edirik. Sual yaranır, ciddisiniz? Sən kimsən, (Nikol Paşinyan- red.) belə bəyanat verəndə özünü nə sayırsan? Gülməlidir, sən danışıqlar masası ətrafında əyləşmirsən, həmin masada deyilsən! Sizin iştirakınız olmadan müzakirələr aparılır. Danışıqların subyekti olmağı dayandırdınız, sən artıq obyektsən"- Köçəryan deyib.

Onun sözlərinə görə öz ölkəsində sülh şəraiti qura bilməyən, sülh dövründən danışa bilməz. Xüsusilə müharibədən sonra psixoloji nəticələr aradan qaldırılmadığı halda.

Köçəryan onu da qeyd edib ki, diz çökərək danışıqlar aparmaq o qədər də əlverişli deyil.

Tural Tağıyev
Azvision.az



Teqlər: Köçəryan   Paşinyan  





Xəbər lenti