Ermənistan müharibə itkiləri ilə bağlı yeni statistikanı açıqladı

   Ermənistan    müharibə itkiləri    ilə bağlı yeni statistikanı açıqladı
  04 Oktyabr 2021    Oxunub:1096
Ermənistan İstintaq Komitəsi İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarında öldürülmüş erməni hərbçilərlə bağlı yeni statistikanı açıqlayıb. Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Yeni statistikaya əsasən 44 günlük müharibə zamanı 3788 erməni döyüşçü məhv edilib.
"4 oktyabr 2021 -ci il tarixinə olan məlumata görə, 224 hərbçi və 22 mülki vətəndaş itkin düşmüş hesab olunur"-məlumatda deyilir.

Qeyd edək ki, Ermənistan mediası hökumətin real rəqəmləri gizlətdiyini yazır. Hərbi ekspertlər və araşdırmaçı jurnalistlər dəfələrlə bir çox döyüşçünün adının ölənlərin siyahısına salınmadığını aşkarlayıblar. Bəzi mənbələrə görə, ölü sayı 5, əlillərin sayı isə 8 mindən çoxdur.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Müharibə   Statistika  





Xəbər lenti