İranda daha 238 nəfər koronavirusdan ölüb

İranda daha 238 nəfər koronavirusdan ölüb
  04 Oktyabr 2021    Oxunub:709
İranda son sutka ərzində 14 607 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Beləliklə İranda koronavirusa yoluxanların sayı 5 638 735 nəfərə çatıb.

Son sutkada 238 nəfər olmaqla, indiyədək virusdan 121 347 nəfər ölüb. Ölkədə indiyədək 5 115 796 nəfər koronavirusdan sağalıb, 32,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İran   Virus  





Xəbər lenti