Saakaşvilinin tərəfdarları onun azadlığını tələb edirlər

Saakaşvilinin tərəfdarları onun azadlığını tələb edirlər
  04 Oktyabr 2021    Oxunub:642
Gürcüstanda bir neçə yüz adam keçmiş prezident Mixeil Saakaşvilinin olduğu 12 saylı Rustavi həbsxanası yaxınlığına toplaşıblar.
Azvision.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, onlar Saakaşvilinin sərbəst buraxılmasını tələb edirlər.

"Mixeil Saakaşvili həbsdə olmamalıdır, O, bizim ölkəmizə hava kimi lazımdır. Onun təcrübəsinə, biliyinə, xarizmasına ehtiyacımız var", - aksiya iştirakçlarından biri deyib.

Həbsxananın ərazisi çoxsaylı polis əməkdaşları tərəfindən qorunur.

Aksiyanın təşkilatçıları cəzaçəkmə müəssisəsinin girişinin yaxınlığında Gürcüstanın və Avropa İttifaqının bayraqlarını quraşdırıblar.

Xatırladaq ki, üçüncü prezident Saakaşvili oktyabrın 1-də axşam Tbilisidə həbs edilib. O, ölkə sərhədini qanunsuz keçməkdə təqsirli bilinir. Bundan əvvəl onun barəsində bir neçə iş üzrə qiyabi olaraq məhkəmə hökm çıxarıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Gürcüstan   Aksiya  





Xəbər lenti