Günəş batareyaları hazırlayan Kaqan Marlen vəfat edib

Günəş batareyaları hazırlayan Kaqan Marlen vəfat edib
  04 Oktyabr 2021    Oxunub:782
Sovet dövrünün məşhur "Lunaxod"u və Beynəlxalq Kosmos Stansiyasının "Zvezda" modulu üçün günəş batareyaları hazırlayan Kaqan Marlen vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə "Roskosmos" məlumat yayıb.

"Texnika elmləri doktoru, professor Kaqan Marlen Borisoviç oktyabrın 4-də 87 yaşında vəsat edib",- dövlət korporasiyasının saytında deyilir.

Qeyd edək ki, Kaqanın rəhbərliyi altında "Venera-4" planetlərarası stansiya, birinci və ikinci "Lunoxod" gəmiləri, "Mir" orbital stansiya, bir sıra kosmik gəmilər və Beynəlxalq Kosmos Stansiyasının Rusiya seqmenti üçün enerji sistemlərinin elementlərinin yaradılması üzrə işlər aparılıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Lunaxod   Vəfat  





Xəbər lenti