Paytaxt sakininin qətli ilə bağlı istintaq aparılır

Paytaxt sakininin qətli ilə bağlı istintaq aparılır
  04 Oktyabr 2021    Oxunub:514
Sabunçu rayon sakini Vüqar Eyyubovun qəsdən öldürülməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda istintaq aparılır.
Bu barədə Azvision.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayətin törədilmə şəraitinin araşdırılması istiqamətində intensiv istintaq hərəkətləri həyata keçirilir: "Tərəfimizdən əlavə məlumat veriləcək. KİV nümayəndələrindən xahiş olunur ki,dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin".

Azvision.az



Teqlər: Bakı   Qətl  





Xəbər lenti