Azərbaycanın Xalq artisti vəfat edib

   Azərbaycanın Xalq artisti vəfat edib
  05 Oktyabr 2021    Oxunub:991
Gəncə Dövlət Dram Teatrının rejissoru, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Vaqif Şərifov vəfat edib.
Azvision.az xəbər verir ki, 78 yaşlı Xalq artistinin səhhətində ciddi problem yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Vaqif Şərifov Azərbaycan teatrlarında 180-dən artıq pyeslərə səhnə həyatı bəxş edib. O, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü idi. “Qanun dəllalı” tamaşasının quruluşuna görə “Qızıl Dərviş” mükafatına layiq görülüb.

Azvision.az


Teqlər: Xalqartisti  





Xəbər lenti