Yaponiyanın yeni baş naziri ilə Bayden arasında telefon danışığı olub

Yaponiyanın yeni baş naziri ilə Bayden arasında telefon danışığı olub
  05 Oktyabr 2021    Oxunub:723
Yaponiyanın baş naziri Fumio Kisida ilə ABŞ prezidenti Cozef Bayden arasında telefon danışığı baş tutub.
Azvision.az xəbər verir ki, bu, Kisidanın baş nazir vəzifəsində xarici dövlət lideri ilə ilk telefon danışığı olub.

Söhbət təxminən 20 dəqiqə davam edib: "Yaponiya-ABŞ ittifaqını gücləndirməyə, azad və açıq Hind-Sakit okean bölgəsi konsepsiyasının həyata keçirilməsi üzərində çalışmağa hazır olduğumuzu təsdiqlədik".

Baş nazir bildirib ki, Bayden Təhlükəsizlik Müqaviləsinin 5-ci maddəsinə əsasən Yaponiyanı müdafiə edəcəyinə dair öhdəliyini bir daha təsdiqləyib.

Tərəflər, həmçinin Çin, KXDR, koronavirusla mübarizə məsələləri üzrə əməkdaşlığı davam etdirməyə razılaşıblar.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Yaponya   ABŞ  





Xəbər lenti