Nə olmuşdu? - Feysbukun açıqlaması

 Nə olmuşdu? -  Feysbukun açıqlaması
  05 Oktyabr 2021    Oxunub:2111
"Facebook" sosial şəbəkəsinin sıradan çıxmasının səbəbi açıqlanıb. "Facebook Engineering" saytında verilən izahata görə, şəbəkə trafikindəki pozulma məlumat emalı mərkəzlərinin işinə təsir göstərib, nəticədə tətbiq və xidmətlərin fəaliyyəti dayanıb.
- Məlumat mərkəzlərimiz arasında şəbəkə trafikini əlaqələndirməkdə cavabdeh olan magistral marşrutlaşdırıcılarda konfiqurasiya dəyişiklikləri şəbəkənin kəsilməsi ilə nəticələnib. Mühəndis qruplarımız məlumat mərkəzlərimiz arasında şəbəkə trafikini əlaqələndirən magistral marşrutlaşdırıcılarda konfiqurasiya dəyişikliklərinin bu əlaqəni kəsən problemlərə səbəb olduğunu təsbit etdi,- saytda bildirilir.

“Facebook”, “WhatsApp” və “Instagram”ın fəaliyyəti bərpa olunub
Qeyd edilir ki, məlum problem gündəlik iş prosesində istifadə olunan bir çox daxili alət və sistemlərə də təsir edib ki, bu səbəbdən şirkətin mütəxəssislərinin problemi tez bir zamanda diaqnoz etməsini və onu aradan qaldırmağı çətinləşdirib.

- Xidmətlərimiz artıq onlayndır və onları tamamilə normal iş rejiminə qaytarmaq üçün fəal şəkildə çalışırıq.

Şirkət bu texniki böhran nəticəsində istifadəçi məlumatlarının pozulmasına və ya xakerlər tərəfindən oğurlanmasına dair heç bir dəlilə malik olmadıqlarını da bəyan edib.

Qeyd edək ki, dünən axşamdan dünyanın bir çox ölkələrində “Facebook”, “WhatsApp”, “Instagram”da 6 saatdan çox davam edən problem yaranıb. "Downdetector"un məlumatına görə, bu "Facebook"un tarixində ən böyük texniki qəza fasiləsi oldu. Baş verən böhran nəticəsində sosial şəbəkə və şirkət xeyli iqtisadi zərər gördü. Onun qurucusu Mark Zukerberq isə demək olar ki, 7 milyard dollar itirib.

Tural Tağıyev
Azvision.az


Teqlər:   Facebook   Problem  





Xəbər lenti