"Facebook" Rusiyanın tələbini yerinə yetirdi, cərimə təhlükəsi isə qalır

  05 Oktyabr 2021    Oxunub :216
"Facebook" Rusiyanın tələbini yerinə yetirdi, cərimə təhlükəsi isə qalır
Rusiya hakimiyyətinin tələbi ilə "Facebook" bu ölkədə qadağan edilmiş məzmunlu paylaşımları öz platformasından və sosial şəbəkəyə məxsus "Instagram" xidmətindən silib.
Azvision.az xəbər verir ki, bu barədə “Roskomnadzor”un nümayəndəsi “Vedomosti”yə bildirib.

Qeyd olunub ki, Rusiyadakı Amerika korporasiyası dövriyyəsinin onda biri qədər cərimə oluna bilər: "Mövcud qanunvericiliyə görə, sosial şəbəkə “Roskomnadzor”un müvafiq sorğusundan sonra ilk sutka ərzində qadağan edilmiş məzmunu silmək məcburiyyətində idi. Lakin bunu protokol tərtib etmək çağrışından sonra etdi".

Təhlükəsiz İnternet Liqasının baş direktoru Yekaterina Mizulinanın sözlərinə görə, keçən il “Facebook”un Rusiyadakı gəliri təxminən 39 milyard rubl təşkil edib: "Bu rəqəmlərə əsaslanaraq "Facebook"un cəriməsi 2-4 milyard rubl ola bilər. Mərkəzi Bankın 4 oktyabr tarixinə olan məzənnəsinə görə bu məbləğ 27,6 milyon dollar təşkil edir. Eyni zamanda, 2020-ci ildə korporasiyanın ümumi gəliri 85,9 milyard dollar olub".

Eyni adlı sosial şəbəkəyə əlavə olaraq "İnstagram" və "WhatsApp"a sahib olan şirkət, qanunsuz materialları təkrar silmədiyi üçün məsuliyyətinə cəlb olunur. "Roskomnadzor" nümayəndəsi bildirib ki, bu, şirkətinin illik dövriyyəsinin 1/20 -dən 1/10 hissəsinə qədər olan inzibati cərimə şəklində cəza nəzərdə tutur. O əlavə edib ki, "Roskomnadzor"un 4 oktyabrda tərtib etdiyi protokol, "Facebook" və "İnstagram"da Rusiya qanunlarını pozan 9 dərcə aiddir. 2019-cu ildən bəri şirkət "Roskomnadzor" Amerika şirkətinə onların silinməsi üçün 100-dən çox bildiriş göndərib, lakin bu müraciətlər nəzərə alınmayıb.

Məlumata görə, silinən materiallar Rusiya qanunlarını pozan məzmun silsiləsinin kiçik bir hissəsidir. Ümumilikdə "Facebook"da 1043 (7600 bildiriş göndərilib) və "İnstagram"da 973 (3500 bildiriş göndərilib) material bu günə qədər silinməmiş qalır. İndiyə qədər "Facebook" Rusiyada daha kiçik məbləğdə cərimələnirdi. Ümumilikdə, Rusiya məhkəmələri "Facebook"a 70 milyon rubl cərimə kəsib və qadağan edilmiş məlumatlarının çıxarılması ilə bağlı iyirmi protokol tərtib olunub.

Məzmunun silinməsinə baxmayaraq, "Facebook" hələ də Rusiyadakı dövriyyəsinin 5-10 faizi miqdarında cərimə oluna bilər. Çünki şirkət 24 saat ərzində "Roskomnadzor"un tələblərini yerinə yetirməli idi, lakin bunu protokol tərtib etmək çağırşından sonra etdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Facebook  







Xəbər lenti